Rusiya Rumıniya səfirliyinin əməkdaşını "persona non qrata" elan edib

media-ads_728_90

Rusiya Rumıniyanın Moskvadakı səfirliyinin əməkdaşını “persona non qrata” elan edib.

“TV1” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rusiya bu addımı Buxarestin rusiyalı diplomata qarşı analoji qərarına cavab olaraq atıb.

Qurumun məlumatına görə, avqustun 27-də Rumıniyanın Rusiyadakı müvəqqəti işlər vəkili Liliana Burda Rusiya XİN-in Dövlət Protokolu Departamentinə çağırılıb və ona müvafiq nota təqdim edilib.

Daha əvvəl Rumıniya tərəfi Rusiya səfirinə verbal nota təqdim edərək bu ölkənin Buxarestdəki diplomatik missiyasının əməkdaşlarından birinin arzuolunmaz şəxs hesab edilməsi barədə xəbərdarlıq etmişdi. Diplomata beş gün ərzində Rumıniya ərazisini tərk etmək tapşırılmışdı.

Görüş zamanı Rumıniya tərəfi ölkə ərazisində məhv edilmiş dronun fraqmentlərini də təqdim edib. Prokurorluğun apardığı araşdırmaya əsasən, onun komponentləri Rusiya mənşəlidir.

media-ads_728_90
Paylaş