Rusiya Ukraynanın regionlarına zərbələr endirib - Ölən və yaralananlar var

media-ads_728_90

Rusiya ordusu ötən sutka ərzində Ukraynanın Xarkov, Sumı və Zaporojye vilayətlərinə zərbələr endirib, nəticədə 1 nəfər həlak olub, 27 nəfər xəsarət alıb.

“TV1” xəbər verir ki, bu barədə Vilayət Hərbi administrasiyalarının rəhbərləri məlumat veriblər.

Xarkov Vilayət Hərbi Administrsiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə görə, Rusiya qoşunları vilayətin 24 yaşayış məntəqəsinə raketlər, idarəolunan aviabombalar və müxtəlif tipli pilotsuz uçuş aparatları ilə zərbələr endirib. Nəticədə 9 mülki şəxs xəsarət alıb.

Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov bildirib ki, gecə saatlarında idarəolunan aviabombalarla vilayətə endirilən zərbələr nəticəsində 14 nəfər, o cümlədən 14 yaşlı yeniyetmə xəsarət alıb.

O əlavə edib ki, bütün xəsarət alanlara lazımi tibbi yardım göstərilib, yerlərdə zərbələrin fəsadları aradan qaldırılır.

Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov isə qeyd edib ki, Rusiya qoşunları sutka ərzində regionun 47 yaşayış məntəqəsinə 867 zərbə endirib. Nəticədə 1 nəfər həlak olub, daha 4 nəfər isə yaralanıb.

media-ads_728_90
Paylaş