Rusiya Xarkov vilayətinə raket zərbəsi endirib - 10 nəfər ölüb

media-ads_728_90

Rusiya qoşunlarının Xarkov vilayətinin Peçeneqi qəsəbəsinə raket zərbəsi endirməsi nəticəsində 10 nəfər həlak olub, 8 nəfər yaralanıb.

“TV1” xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov teleqram kanalında məlumat verib.

Məlumata görə, zərbə nəticəsində 10 fərdi ev, kafe, poçt şöbəsi, mağaza və ən azı 7 avtomobil zədələnib.

Zərbənin nəticələri barədə məlumat dəqiqləşdirilir.

media-ads_728_90
Paylaş