Rusiya Xersona dronla zərbə endirib: ölənlər və yaralananlar var

media-ads_728_90

Rusiya Xersonun (Ukrayna) Korabelnı rayonunda mikroavtobusa dronla zərbə endirib, nəticədə dörd nəfər ölüb, daha dörd nəfər isə yaralanıb.

“TV1” xəbər verir ki, bu barədə Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin teleqram kanalında məlumat verib.

“Bu zərbə nəticəsində dörd nəfər həlak olub, hazırda onların şəxsiyyəti müəyyənləşdirilir. Daha dörd qadın yaralanıb, onlar xəstəxanaya yerləşdiriliblər. Həkimlər zərərçəkənləri müayinə edir və lazımi yardımı göstərirlər”, – məlumatda bildirilir.

media-ads_728_90
Paylaş