Rusiyada PUA zərbəsi nəticəsində "Ozon" anbarında yanğın olub - Xəsarət alanlar var

media-ads_728_90

Rusiyanın Samara vilayətinə pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumundan sonra sənaye müəssisələrindən biri zədələnib.

“TV1” xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Fedorişev məlumat verib.

Bundan başqa, “Ozon” logistika kompleksinə də zərbə endirilib.

PUA hücumu nəticəsində Samara vilayətinin Çapayevsk şəhərindəki anbarda yanğın başlayıb. 500-dən çox əməkdaş təxliyə edilib, bir neçə nəfər xəsarət alıb. Anbarın fəaliyyəti qeyri-müəyyən müddətə dayandırılıb.

media-ads_728_90
Paylaş