media-1200x100

Rusiyanın böyük tamaşaçı auditoriyası olan "Samara QİS" telekanalında Azərbaycan haqqında geniş veriliş nümayiş olunub - FOTO/VİDEO

media-ads_728_90

Rusiyanın Samara vilayətində yayımlanan və böyük tamaşaçı auditoriyası olan “Samara QİS” telekanalında Azərbaycan haqqında geniş veriliş nümayiş olunub.

“TV1” xəbər verir ki, verilişdə bu vilayətdə yaşayan soydaşlarımız bizim adət-ənənələrimiz haqqında məlumat veriblər.

Samarada inşa edilmiş “Azərbaycan evi” isə əsas çəkiliş məkanı kimi istifadə edilib.

“Çoxmillətli Samara” adlanan bu veriliş böyük marağa səbəb olub. Verilişin növbəti buraxılışları da Azərbaycana həsr olunacaq.

Qeyd etmək yerinə düşər ki, bu vilayətdə fəaliyyət göstərən Samara Azərbaycanlıları Liqası adət-ənənələrimizin təbliği sahəsində aktiv fəaliyyət göstərirlər.

Daha ətraflı süjetdə tanış ola bilərsiniz:

media-ads_728_90
Paylaş