Rusiyanın Krivoy Roqa hücumunda ölənlərin sayı 16-ya çatıb

media-ads_728_90

Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərindəki ticarət mərkəzinə Rusiya pilotsuz uçuş aparatlarının (PUA) endirdiyi zərbə nəticəsində 16 nəfər həlak olub.

“TV1” xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja “Telegram” kanalında məlumat paylaşıb.

“Hücum nəticəsində həlak olanların sayı artaraq 16-ya çatıb”, – deyə o qeyd edib.

Məlumata görə, zərbələr nəticəsində 23-ü uşaq olmaqla, azı 130 nəfər xəsarət alıb, onlara zəruri yardım göstərilir. Hakimiyyət orqanları həlak olanların cəsədlərinin identifikasiyasına başlayıblar.

Qeyd edək ki, Krivoy Roqdakı “Solneçnaya dolina” ticarət mərkəzi avqustun 21-i gündüz saatlarında iki dəfə PUA hücumuna məruz qalıb, zərbələrdən sonra binada yanğın başlayıb.

media-ads_728_90
Paylaş