Rusiyanın Zaporojye və Xerson vilayətlərinə hücumları nəticəsində 4 nəfər həlak olub
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Zaporojye vilayətinə endirdiyi zərbələr nəticəsində 2 nəfər həlak olub, 3 nəfər yaralanıb.
“TV1” xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov bildirib.
O qeyd edib ki, sutka ərzində 60 yaşayış məntəqəsinə 1217 zərbə endirilib: “Zaporojye vilayətinə endirilən zərbələr nəticəsində iki nəfər həlak olub, üç nəfər yaralanıb”.
Bundan başqa, Xerson vilayətinə hücum nəticəsində iki nəfərin həlak olduğu bildirilir.
Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin qeyd edib ki, insanların ölümünə səbəb olan zərbə FPV-dron vasitəsilə endirilib.








