Rusiyanın Zaporojyeyə zərbələri nəticəsində altı nəfər həlak olub
Zaporojye vilayəti Rusiya-Ukrayna münaqişəsinin başlanmasından bəri ən ağır sutkalardan birini yaşayıb – Rusiyanın irimiqyaslı zərbələri nəticəsində altı nəfər həlak olub, 52 nəfər isə yaralanıb.
“TV1” xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov öz “Telegram” kanalında məlumat açıqlayıb.
Onun sözlərinə görə, sutka ərzində Rusiya qoşunları Zaporojye vilayətinin 58 yaşayış məntəqəsinə ümumilikdə 938 zərbə endirib.
Qeyd olunub ki, Rusiya qoşunları Zaporojyevə digər yaşayış məntəqələrinə 23 aviasiya zərbəsi endirib.
Həmçinin yaşayış evlərinin, avtomobillərin və infrastruktur obyektlərinin zədələnməsi barədə 341 məlumat daxil olub.








