Rüstəm Minnixanov Mehriban Əliyevanı təbrik edib

media-ads_728_90

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib.

“TV1” xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli Mehriban Arif qızı.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, Sizə və yaxınlarınıza möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.

Sizin genişmiqyaslı dövləti, ictimai və xeyriyyəçilik fəaliyyətiniz, Azərbaycan cəmiyyətinin həyatında əsas dəyərlərin qorunub saxlanılmasına göstərdiyiniz səmimi qayğı, həqiqətən, heyranlıq doğurur və hörmətə layiqdir. Həmçinin Sizin rəhbərliyinizlə beynəlxalq səviyyədə həyata keçirilən genişmiqyaslı humanitar layihələr, yaradıcı əməyinizə verilmiş nüfuzlu mükafatlar, həqiqətən, səxavətli və qızıl qəlbə malik, xeyirxah işlərə və insanlara təmənnasız yardıma hər zaman açıq olan qeyri-adi şəxsiyyətinizin miqyasını təsdiq edir.

Sizə nəcib amallarınızın bütün sahələrdə həyata keçirilməsinə yönəlmiş davamlı uğurlar, qarşıya qoyduğunuz məqsədlərə nail olmaq üçün tükənməz ilham və güc arzulayıram”.

media-ads_728_90
Paylaş