“Sabah” Çempionlar Liqasının tarixinə düşüb
“Sabah” klubu UEFA Çempionlar Liqasında tarixi uğura imza atıb.
“TV1” xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin təsnifat mərhələsindən əsas raunda vəsiqə qazanan ən gənc komanda olub.
2017-ci ildə təsis edilən klub cəmi 9 ildən sonra Çempionlar Liqasının liqa mərhələsinə yüksəlib.
Daha əvvəl bu rekord Rusiyanın “Krasnodar” klubuna (12 il) məxsus olub.
Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Sheva) klubunu iki oyunun nəticəsinə əsasən 6:4 hesabı ilə məğlub edərək liqa mərhələsinə vəsiqə qazanıb. “Bayquşlar” “Qarabağ”dan sonra turnirin əsas mərhələsinə yüksələn ikinci Azərbaycan klubu olub.








