Sabahın havası - Yağış, külək...

media-ads_728_90

Azərbaycanda mayın 22-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “TV1”-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, mayın 21-dən 22-nə keçən gecə intensivləşəcəyi, axşama doğru dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-17, gündüz 20-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 milimetr civə sütunundan 762 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, qısamüddətə güclənəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-17, gündüz 19-24, dağlarda gecə 3-8, gündüz 12-17, bəzi yerlərdə 20-22 dərəcə isti olacaq.

media-ads_728_90
Paylaş