Şagirdlərin yerdəyişməsi dayandırılır

media-ads_728_90

20 avqust saat 15:00-dan etibarən başlayan şagirdlərin elektron yerdəyişməsi prosesi yekunlaşır.

“TV1” xəbər verir ki, bu barədə  Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb

Bildirilib ki, sy.edu.az elektron sistemi vasitəsilə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 7 sentyabr saat 12:00-da dayandırılacaq. Həmin müddətə qədər sorğu yerləşdirən valideynlər 10 sentyabr saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.

Qeyd olunub ki, yerdəyişmə prosesi başa çatdıqdan sonra tamamlanmayan sorğular və növbələr avtomatik olaraq sistem tərəfindən silinəcək.

.

media-ads_728_90
Paylaş