Şamaxıda zəlzələ olub

media-ads_728_90

Pirqulu stansiyasından 23 kilometr cənub-qərbdə, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

“TV1” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 03:39-da qeydə alınan zəlzələnin maqnitudası 3,9 olub. Zəlzələ hiss olunmayıb.

Zəlzələnin ocağı 14 kilometr dərinlikdə yerləşib.

media-ads_728_90
Paylaş