Samuxda kütləvi zəhərlənmə olub
Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib.
“TV1” xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.
İlkin məlumata görə, 5 nəfər Gəncə Abbas Səhhət adına Birləşmiş Xəstəxananın infeksion xəstəliklər bölməsinə yerləşdirilib. Həmin şəxslərin ət məhsulundan zəhərləndiyi ehtimal olunur. Onlar Kəlbəcər, Daşkəsən və Gəncə şəhər sakinlərdir. Xəstəxanaya yerləşdirilən şəxslər 1984-cü il təvəllüdlü Seymur Əliyev, 1986-cı il təvəllüdlü Elçin Cabbarov, 1975-ci il təvəllüdlü Mehriban Orucova, 1980-ci il təvəllüdlü Azər Allahverdiyev, 1976-cı il təvəllüdlü Məlahət Allahverdiyevadır.
Faktla bağlı araşdırmalara başlanılıb.








