Sankt-Peterburqda Putinlə Uitkoff arasında görüş başlayıb

media-ads_728_90

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff arasında görüş başlayıb.

“TV1” TASS-a istinadən xəbər verir ki, Putin-Uitkoff danışıqları Sankt-Peterburqda Konstantinov sarayında keçirilir.

Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov danışıqlarda əsas mövzunun Ukrayna münaqişəsi olacağını bildirib.

Qeyd edək ki, Uitkoff Rusiyaya səfərindən əvvəl Norveçdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparıb.

media-ads_728_90
Paylaş