Şavkat Mirziyoyev ŞƏT ölkələrinin dəmir yollarının inteqrasiyası üzrə Şura yaradılmasını təklif edib

media-ads_728_90

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iqtisadi ölçünü Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) səmərəliliyinin əsas göstəricisi adlandırıb.

“TV1” xəbər verir ki, Özbəkistan Prezidenti Şanxay Əməkdaşlıq Təşkilatı dövlət başçılarının iclasında ŞƏT-in Sənaye Kooperasiyası Xəritəsinin – xüsusi iqtisadi zonaları, istehsal zəncirlərini, bazarları və logistikanı birləşdirən vahid rəqəmsal platformanın yaradılmasını təklif edib.

Bundan əlavə, Özbəkistan Prezidenti Dünya Süni İntellekt Əməkdaşlıq Təşkilatının yaradılması təşəbbüsünü dəstəkləyib və ŞƏT-in həmin təşkilatın ilk tərəfdaşları sırasında yer almasını təklif edib.

Prezident Bişkekdə süni intellekt və rəqəmsal texnologiyaların inkişafı üçün ŞƏT-in Açıq Çoxdilli Məlumat Korpusunun yaradılmasını təklif edib.

Şavkat Mirziyoyev, həmçinin 2027-ci ildə Daşkənddə ŞƏT-in süni intellekt və yeni rəqəmsal həllər üzrə Forumunun keçiriləcəyini elan edib.

Su və enerji səmərəliliyi sahəsində əməkdaşlığın inkişafının vacibliyini qeyd edən Prezident bu sahədə 2035-ci ilədək ŞƏT-in Texnoloji Əməkdaşlıq Proqramının hazırlanmasını təklif edib.

media-ads_728_90
Paylaş