Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial paket çərçivəsində 132 min şəxsə 443 min xidmət göstərilib

media-ads_728_90

Vətən müharibəsindən sonra dövlətimizin başçısının göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi icra olunur.

“TV1” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.

O bildirib ki, artıq 132 min şəxsə 443 min xidmətin göstərildiyi bu paket çərçivəsində onların müavinət və təqaüdləri orta hesabla 2 dəfədən çox artırılıb. Habelə bu kateqoriyalardan olan vətəndaşların mənzillə təminatı və məşğulluğuna dəstək göstərilməsi, müharibədə yaralanmış hərbçilərin reabilitasiya xidmətləri və vasitələri, o cümlədən yüksəktexnologiyalı son nəsil protezlərlə təminatı və digər istiqamətlərdə ardıcıl tədbirlər həyata keçirilir.

“Uzun illər işğal altında olarkən düşmən tərəfindən dağıdılmış, yerlə yeksan edilmiş ərazilərdə hazırda böyük bərpa-quruculuq işləri aparılır və ən müasir infrastruktur layihələri icra olunur. Bugünkü beynəlxalq forumumuzun da Xankəndi şəhərində keçirilməsi simvolik əhəmiyyət daşımaqla, azad edilmiş ərazilərimizdə qurulan yeni həyatın və “Ağıllı şəhər” konsepsiyasının təqdimatına imkan yaradır”, – deyə nazir vurğulayıb.

media-ads_728_90
Paylaş