Səkkiz marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bu gün saat 12:00-14:00 radələrində Puşkin küçəsinin Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməsindən Neftçilər prospektinə qədər olan hissədə aparılan söküntü işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.
“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, hərəkət sxemi dəyişdirilmiş marşrutlar 1, 2, 4, 10, 46, 120E, H1 və 125-dir.
Qeyd edilib ki, alternativ yol Kövkəb Səfərəliyeva və Rəşid Behbudov küçələridir.