Silahlı Qüvvələr Günü münasibətilə Xankəndidə hərbçilərin yürüşü keçirilib

media-ads_728_90

İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Xankəndi şəhərində hərbçilərin yürüşü keçirilib.

“TV1” xəbər verir ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları hərbi orkestrin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən olunan marşrut üzrə yürüş ediblər.

Əllərində Azərbaycan bayraqları tutmuş vətəndaşlar hərbçilərin yürüşünü sevinc və qürur hissi ilə izləyərək alqışlayıblar.

Hərbi yürüş bir daha ordumuzun gücünü, Azərbaycan xalqının birliyini və vətənpərvərlik ruhunu nümayiş etdirib.

media-ads_728_90
Paylaş