media-1200x100

“Şimal-1” ES-də istehsal olunan enerjinin miqdarı açıqlanıb

media-ads_728_90

Cari il noyabrın 1-dək “Şimal-1” Elektrik Stansiyasında istismara verildiyi tarixdən 51,52 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub.

“TV1” xəbər verir ki, Energetika Nazirliyindən verilən məlumata görə, “Şimal-1” Elektrik Stansiyası 22 il öncə – 2002-ci il 29 noyabr tarixində istismara verilib.

Gücü 265 meqavat olan 1 ədəd qaz turbini və gücü 135 meqavat olan 1 ədəd buxar turbinindən ibarət buxar-qaz tipli stansiyanın ümumi qoyuluş gücü 400 meqavat təşkil edir.

Qeyd edək ki, ölkənin ikinci böyük elektrik stansiyası olan “Şimal-1” Elektrik Stansiyası Bakının 40 faizdən çox ərazisini elektrik enerjisi ilə təchiz edir.

media-ads_728_90
Paylaş