Şimali Kiprdə gəmi faciəsində ölənlərin sayı 10-a çatıb

media-ads_728_90

Şimali Kipr Türk Respublikasının Girnə sahillərində batan gəmidə itkin düşən şəxslərdən daha birinin meyiti tapılıb.

“TV1” xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bildirib.

O qeyd edib ki, bununla da faciə nəticəsində ölənlərin sayı 10-a yüksəlib. Xəstəxanalara yerləşdirilən yaralıların müalicəsi davam etdirilir.

Qeyd edək ki, avqustun 30-da Şimali Kiprin Girnə sahillərində 267 nəfəri daşıyan gəmi batıb. Hadisədən sonra itkin düşən şəxslərin axtarışları davam etdirilir.

media-ads_728_90
Paylaş