Şimali Kiprdə gəmi qəzası nəticəsində 6 nəfər ölüb, 172 sərnişin xilas edilib - YENİLƏNİB
Şimali Kiprin Girnə şəhəri sahillərində sərnişin gəmisinin batması nəticəsində 6 nəfər ölüb, 172 nəfər xilas edilib.
“TV1” xəbər verir ki, bu barədə Şimali Kiprin Baş naziri Ünal Üstel məlumat verib.
Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.
xxx
Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) sahillərində təxminən 260 sərnişin daşıyan bərə batıb.
“TV1” xəbər verir ki, hadisə Girne şəhəri sahillərindən təxminən 4 mil aralıda baş verib.
Şimali Kipr Türk Respublikasının ictimai işlər və nəqliyyat naziri Erhan Arıklı xilasetmə əməliyyatlarının davam etdiyini bildirib.
“Günorta saatlarında Girne limanından yola düşən gəmi su alaraq yan tərəfə aşıb. Xilasetmə əməliyyatında sahil mühafizəsi qrupları və mülki müdafiə heyəti iştirak edir. Yüksək dalğalar vəziyyəti çətinləşdirir. Tələfatın qarşısını almaq üçün əlimizdən gələni edirik”, – deyə nazir bildirib.








