Şimali Koreya Yaponiya istiqamətində 10-a yaxın ballistik raket buraxıb

media-ads_728_90

Şimali Koreya Yapon dənizi istiqamətində 10-a yaxın qısamənzilli ballistik raket buraxıb.

“TV1” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

“Hakimiyyət orqanları mümkün əlavə buraxılışlarla bağlı müşahidəni və sayıqlığı gücləndirib, həmçinin tam döyüş hazırlığını qoruyub saxlayaraq Birləşmiş Ştatlar və Yaponiya ilə müvafiq məlumatları sıx şəkildə mübadilə edirlər”, – Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatında bildirilib.

Yaponiya mediası isə xəbər verir ki, ölkənin Baş naziri Sanae Takaiçi məlumat toplamaq və zərərin miqyasını qiymətləndirmək üçün Böhranların İdarəedilməsi Mərkəzində tərkibinə müvafiq nazirlik və idarələrin nümayəndələrinin daxil olduğu təcili reaksiya qrupunu toplayıb.

Yaponiyanın Müdafiə Nazirliyindən isə bildirilib ki, bir raket Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb.

Qeyd edək ki, dünən Şimali Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon Yaponiyanı hərbi ekspansiyaya cəhd ediləcəyi təqdirdə məhvedici zərbə ilə hədələyib. /report/

media-ads_728_90
Paylaş