Şuşa və Trabzon şəhərləri qardaşlaşıb

media-ads_728_90

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycanın Şuşa və Türkiyənin Trabzon şəhərləri arasında qardaşlaşma haqqında memorandum imzalanıb.

“TV1” xəbər verir ki, sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin başçısı Ahmet Metin Genç imzalayıblar.

Qeyd edək ki, Şuşa indiyədək 9 şəhərlə qardaşlaşıb. Bugünkü anlaşma memorandumu ilə bu say 10-a çatıb.

media-ads_728_90
Paylaş