media-1200x100

Şuşada TDT səhiyyə nazirlərinin IV iclası keçirilir

media-ads_728_90

Türk Dövlətləri Təşkilatının (TDT) və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Şuşa şəhərində TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilir.

“TV1” xəbər verir ki, tədbirdə TDT-nin Baş katibi, üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirləri, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi, həmçinin müxtəlif ölkələrdən dəvət olunan elm adamları iştirak edirlər.

Tədbir çərçivəsində TDT-nin üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin ikitərəfli memorandumlarının, “Türktransplantın yaradılmasına dair Niyyət Protokolu”nun imzalanması nəzərdə tutulur. /azərtac/

media-ads_728_90
Paylaş