Talaçaydan sel keçir

media-ads_728_90

Zaqatalada Talaçaydan sel keçir.

“TV1” xəbər verir ki, yağan yağışlar nəticəsində Tala çayında suyun səviyyəsi xeyli artıb.

Sel nəticəsində Yuxarı Talanın Qırğıllı adlanan ərazisində 50 metrə yaxın sahil mühafizə bəndi dağılıb.

Kəndi Meşleş kəndi ilə birləşdirən əsas körpüyə gedən yolu su basdığından hərəkət çətinləşib. Çayın içərisindən keçən Yuxarı Tala və Aşağı Tala kəndlərini içməli su ilə təmin edən su xəttlərinə ciddi ziyan dəyib, boruların müəyyən qismini sel suları yuyub aparıb.

media-ads_728_90
Paylaş