Tamştatlı müəllimlər sertifikasiyaya cəlb edilməyəcək - NAZİR

media-ads_728_90

Tamştatlı müəllimlər bir daha sertifikatlaşdırma prosesinə cəlb edilməyəcək.

“TV1” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, mərhələli şəkildə 20 min tamştatlı müəllim vəzifəsi yaradılacaq.

Nazir həmçinin bildirib ki, tamştatlı müəllimlərin əməkhaqqı əhəmiyyətli dərəcədə yüksək olacaq:

“Mən elm və təhsil naziri kimi, müəllimlərin əməkhaqqısının mümkün qədər yüksək olmasının tərəfdarıyam. Lakin əməkhaqlarının artırılması dövlətin büdcə siyasəti çərçivəsində müəyyən edilir”.

media-ads_728_90
Paylaş