Tanınmış jurnalistin paylaşımı: Dubayda satılan məhsulumuzun içindən qurd çıxdı...
Tanınmış jurnalist Yeganə Həsənova Dubayda satılan tarla məhsullarımızın keyfiyyətsiz olması ilə bağlı məlumat yayıb.
“TV1” xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabındakı paylaşımında bildirib.
Paylaşımda deyilir:
“3 ildir Dubayda yaşayıram, indiyədək aldığım heç bir məhsulun içindən qurd-quş çıxmayıb.
Dünən marketdə “Bizim tarla”-nın çiyələk mürəbbəsini gördüm, qəribsədim, dedim özümüzkülərə xeyir verim, Vətənin dadını alım. Amma ki, unutdum bizimkilərin məsuliyyətsizliyini, işlərinə başdansovdu yanaşmasını…
Bizim tarlaya bu sözlərimi çatdırın:
Gedib Dubai Municipality-ə sizi şikayət etsəm, nəinki məhsulunuz satışdan çıxarılacaq, 100-200 K aed cərimə və 3 ay həbs! Bura Azərbaycan deyil, qurdlu, təhlükəli əlinizə nə keçdi millətə satırsınız! Biraz vicdanla çalışın da!
Ayıb olsun!”
Qeyd edək ki, Y.Həsənova hazırda Dubayda yaşayır.








