Tehranda Xamenei ilə vida mərasimi başlayıb
Bu gün səhər saatlarından İranda ölkənin mərhum Ali Lideri Seyid Əli Xameneinin vida mərasiminə start verilib.
“TV1” xəbər verir ki, mərasim paytaxt Tehranın Böyük Müsəlla məscidində başlayıb.
Qeyd edək ki, mərasimin proqramına əsasən, vida mərasimləri təkcə İranda deyil, İraqın Nəcəf və Kərbəla şəhərlərində də keçiriləcək. Sabiq dini liderin cənazəsi iyulun 8-də İraqa aparılacaq. Bütün mərasimlərdən sonra Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəd şəhərində torpağa tapşırılacaq.
Xatırladaq ki, 86 yaşlı Əli Xamenei fevralın 28-də Tehrana aviazərbələr nəticəsində həlak olmuşdu.








