Tehranda yanğın olub - Ölən və yaralananlar var

media-ads_728_90

İranın Tehran əyalətində yerləşən Nəsirabad sənaye şəhərciyində istehsalat obyektində güclü yanğın baş verib.

“TV1” xəbər verir ki, hadisə alışqan və alışqan qazı istehsal edilən müəssisədə qeydə alınıb.

Yanğın nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Yaralıların hamısı xəstəxanaya çatdırılıb.

Tehran Təcili Tibbi Yardım Xidmətinin sözçüsü Şervin Təbrizinin məlumatına görə, yanğın barədə yerli vaxtla saat 07:20-də məlumat daxil olub. Hadisə yerinə təcili yardım briqadaları və xüsusi nəqliyyat vasitələri göndərilib.

Yanğının səbəbi barədə hələlik məlumat verilməyib.

media-ads_728_90
Paylaş