Harris-Tramp debatının tarixi ilə bağlı AÇIQLAMA
Harris – Tramp debatı sentyabrın 17-si keçirilə bilər.
“TV1” xəbər verir ki, “Fox News”un yaydığı məlumata görə, prezidentliyə namizədlər Kamala Harrislə Donald Tramp arasında ilk debatın sentyabrın 17-də keçiriləcəyi planlaşdırılır.
Məlumatda qeyd olunur ki, Kamala Harris Trampla debata hazır olduğunu açıqlayıb.
Həmçinin, Harris Trampı sentyabrın 10-da keçiriləcək debatdan boyun qaçırmaqla ittiham edib. Tramp isə “Fox News”un keçirəcəyi debatı üstün tutduğunu deyərək Harrislə 2 debata hazır olduğunu bildirib.