Tramp: Demokratlar qalib gəlsə, ABŞ Fransa kimi odlara qərq olacaq

media-ads_728_90

Demokratlar qalib gəlsə ABŞ da Fransa kimi odlara qərq olacaq.

“TV1” xəbər verir ki, “Times of Israel” nəşrinin məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp Kanzas ştatında respublikaçı tərəfdarları ilə görüşündə nitqlə çıxış edərkən danışıb.

Qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp Fransada baş verən kütləvi iğtişaşlardan Demokratlara qarşı mübarizəsində arqument kimi istifadə edir. O, uzun müddətdir respublikaçıların nəzarətində olan, lakin rəqiblərinin qələbə qazana biləcəyi Kanzas ştatında Senat mandatını qorumağa çalışır.

Tramp Kanzasda respublikaçıların hazırkı senatoru Rocer Marşallın dəstəklənməsi məqsədilə keçirdiyi mitinqdə iştirak edib.

“Biz səni sevirik, Kanzas, amma mən bura Rocer Marşall adlı bir oğlan üçün gəlmişəm”, – Tramp bildirib.

Tramp çıxışlarının yeni elementlərindən biri kimi Fransada genişmiqyaslı etirazları göstərərək, respublikaçılar qalib gəlməsələr, ABŞ-da də oxşar hadisələrin baş verə biləcəyini deyir. Son günlər Fransada yaşayış xərclərinin artmasına və dövlət xidmətlərinin kifayət qədər maliyyələşdirilməməsinə qarşı keçirilən kütləvi etirazlar iğtişaşlara və talanlara çevrilib. Ölkə son illərin ən ciddi qarşıdurmalarından bəzilərini yaşayır.

Trampın özü isə ABŞ-da mal və xidmətlərin qiymətlərini daha əlçatan etmək məsələsində çətinliklərlə üzləşib.

Çıxışı zamanı Tramp miqrant axınına qarşı qarşı ritorikaya da müraciət edib.

“Biz bunun bu ölkədə baş verməsinə imkan verməyəcəyik. Fransada yanan kilsə qüllələrini və tüğyan edən yanğınları görəndə sadəcə xatırlayın ki, radikal demokratlar Amerikanı belə bir vəziyyətə salmaq istəyirlər”, – deyə o bildirib.

Qeyd edək ki, Tramp demokratları məsxərəyə qoymaq məqsədilə onları ingiliscə “Dumocrats” adlandırır.

media-ads_728_90
Paylaş