Tramp Suriyanı terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarıb

media-ads_728_90

Donald Tramp Ankarada Suriyanı 1979-cu ildən bəri daxil edildiyi terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxaran fərmanı imzalayıb.

“TV1” xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu qərarı əks etdirən məktubu Ankara şəhərində keçirilən NATO sammitindəki görüşləri zamanı suriyalı həmkarı Əhməd əl-Şaraaya şəxsən təqdim edib.

Amerika lideri həmçinin ABŞ Konqresinə bu addımı barədə məlumat verib.

“Ölkəni yenidən qurmağınıza mane olan bütün əngəlləri aradan qaldıracağımı vəd etmişdim və çox tezliklə nəhayət ki, bunu edə biləcəksiniz. Amerika şirkətləri Suriyaya sərmayə qoymağa və ölkənizi əvvəlkindən daha çox firavan etməyə kömək göstərməyə hazırdır” – deyə D.Tramp mesajında ​​vurğulayıb.

Suriya Mərkəzi Bankının rəhbəri Safvat Raslan qeyd edib ki, Vaşinqtonun bu addımı xarici investisiyaların cəlb edilməsi üçün geniş imkanlar açır, iqtisadi bərpanı sürətləndirir və ölkənin qlobal iqtisadiyyata tam inteqrasiyasına şərait yaradır.

media-suriya

media-ads_728_90
Paylaş