media-1200x100

Tramp və Harris debata dəvət edildi

media-ads_728_90

Amerikanın “Fox News” televiziya şirkəti sentyabrda ABŞ-nin 45-ci prezidenti Donald Tramp və vitse-prezident Kamala Harris arasında debat təşkil etmək niyyətindədir.

“TV1” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Yarışın şərtləri dəyişdiyi üçün biz keçmiş prezident Tramp və vitse-prezident Harris arasında prezidentlik debatına ev sahibliyi etmək istərdik. Debatın sentyabrın 17-də Pensilvaniyada keçirilməsini təklif edirik”, – məlumatda deyilir.

“Fox News” həmçinin görüşün dəqiq tarixi, formatı və yeri, eləcə də tamaşaçıların iştirak edib-etməyəcəyi ilə bağlı müzakirələrə açıq olduğunu bildirib.

Qeyd edək ki, Tramp daha əvvəl Harrislə təkcə bir deyil, bir neçə raund debat keçirmək istədiyini demişdi.

media-ads_728_90
Paylaş