Türkiyə Netanyahunu beynəlxalq axtarışa verir

media-ads_728_90

Türkiyənin Ədliyyə Nazirliyi İsrailin baş naziri Benyamin Netanyahunun İnterpol vasitəsilə “qırmızı bülleten”lə beynəlxalq axtarışa verilməsi təşəbbüsü ilə ölkənin Daxili İşlər və Xarici İşlər nazirliklərinə müraciət edib.

“TV1” “Haber Global”a istinadən xəbər verir ki, bu açıqlama ilə Türkiyənin ədliyyə naziri Akın Gürlek çıxış edib.

O qeyd edib ki, bu tələb “Sumud” humanitar donanması işi üzrə təhqiqat çərçivəsində İstanbul 11-ci Ağır Cəza Məhkəməsinin 14 iyul 2026-cı il tarixində Netanyahu barəsində çıxardığı həbs qətimkan tədbiri ilə bağlıdır.

A.Gürlek Türkiyənin milli və beynəlxalq qanunvericiliyə uyğun olaraq mövcud olan hüquqi mexanizmlərdən istifadə etmək əzmində olduğunu vurğulayıb.

“Biz Qəzzada törədilən cinayətlərin ört-basdır edilməsinə və təqsirkarların cəzasızlıq qalxanı ilə qorunmasına icazə verməyəcəyik”, – deyə nazir bəyan edib.

media-ads_728_90
Paylaş