Türkmənistan Azərbaycanda səfirliyinin yeni binasını tikəcək

media-ads_728_90

Türkmənistan Azərbaycanda öz səfirliyinin yeni inzibati binasının tikintisini planlaşdırır.

“TV1” xəbər verir ki, bu barədə yerli KİV-in məlumatında bildirilir.

Bununla əlaqədar, Türkmənistan Tikinti və Memarlıq Nazirliyi beynəlxalq müsabiqə elan edib.

Maraqlı şirkətlərdən ərizə və təkliflər 2026-cı il avqustun 19-dək qəbul edilir və qeydiyyata alınır.

media-ads_728_90
Paylaş