UEFA Çempionlar Liqası - Əsas mərhələnin İŞTİRAKÇILARI
2026/2027-ci illər mövsümü UEFA Çempionlar Liqası təsnifat mərhələsinin pley-off oyunlarının ikinci axşamının yekunlarına görə, turnirin ümumi mərhələsinə çıxan son dörd komanda müəyyənləşib.
“TV1” xəbər verir ki, turnirin həlledici mərhələsində “Fənərbağça” (Türkiyə), AEK (Yunanıstan), “Vikinq” (Norveç) və “Slovan” (Bratislava) klubları çıxış etmək hüququnu qazanıb.
Ötən gün ümumi mərhələyə vəsiqələri İsrailin “Hapoel Beer-Şeva” komandasına qalib gələn Bakının “Sabah” (1:2, 5:2), “Seltik”i (Şotlandiya) məğlub edən LASK (Avstriya) (0:3, 5:1) və “NEC Neymegen”i (Niderland) üstələyən “Budyo Qlimt” (Norveç) (3:1, 3:0) əldə edib.
Beləliklə, Çempionlar Liqasının ümumi mərhələsində aşağıdakı 36 komanda oynayacaq:
“Arsenal”, “Mançester Siti”, “Mançester Yunayted”, “Aston Villa”, “Liverpul”, “Barselona”, “Real Madrid”, “Vilyarreal”, “Atletiko”, “Betis”, “İnter”, “Napoli”, “Roma”, “Komo”, “Bavariya”, “Borussiya”, “RB Leypsiq”, “Ştutqart”, “PSJ”, “Lans”, “Lill”, PSV, “Feyenoord”, “Portu”, “Sportinq”, “Brügge”, “Slaviya”, “Qalatasaray”, “Fənərbağça”, “Şaxtyor”, “Budyo Qlimt”, “Vikinq”, “Sabah”, LASK, AEK və “Slovan”.








