UEFA Konfrans Liqası: “Qarabağ” "Tvente" üzərində qələbə çaldı - 1:0

media-ads_728_90

“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

“TV1” xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Niderlandda “Tvente”nin qonağı olub.

Enshede şəhərində baş tutan qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 1:0.

Matçda yeganə qolu 52-ci dəqiqədə Kadi Borges vurub.

Xatırladaq ki, komandalar arasında cavab görüşü avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

media-ads_728_90
Paylaş