Ufaya dron zərbələri nəticəsində neft emalı zavodunda yanğın baş verib

media-ads_728_90

Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) gecə saatlarında Rusiyanın Ufa şəhərinə hücumundan sonra neft emalı zavodunda yanğın baş verib.

“TV1”  xəbər verir ki, bu barədə Başqırdıstanın rəhbəri Radi Xabirov sosial şəbəkə hesabında bildirib.

“Neft emalı zavodlarının birində kiçik yanğın baş verib. Hazırda dəymiş ziyan qiymətləndirilir, zərbə təmirdə olan qurğuya dəyib. Düşünürəm ki, bir-iki gün ərzində bütün bunlar bərpa olunacaq”, – o yazıb.

Onun sözlərinə görə, altı PUA-dan dördü vurulub, onlardan biri sənaye zonasına düşərək yanıb.

media-ads_728_90
Paylaş