Ukrayna NATO-ya üzv olmalı deyil - Vens

media-ads_728_90

Ukraynanın NATO-ya üzv olmalı olduğunu düşünmürəm.

“TV1” xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens “2WAY” portalına müsahibəsində bildirib.

“Bildiyim qədəri ilə, bizim Ukrayna ilə rəsmi müttəfiqlik sazişimiz yoxdur. Ukrayna NATO-ya daxil deyil. Mən onun NATO-ya üzv olmalı olduğunu düşünmürəm. Hesab edirəm ki, bu, heyrətamiz ölkədir, çoxsaylı gözəl insanların yaşadığı möhtəşəm ölkədir. Biz bəzi məsələlərdə əməkdaşlıq edəcəyik, lakin müəyyən məsələlərdə mövqelərimiz fərqlənəcək”.

Maraqların ziddiyyətinə nümunə kimi o, Ukraynanın Rusiyadakı neft emalı zavodlarına endirdiyi zərbələri göstərib:

“Bəs, onların Rusiya ərazisində dizel yanacağının istehsalı ilə məşğul olan və nəticədə amerikalılar üçün enerji qiymətlərinin artmasına səbəb olan obyektlərə zərbələr endirməli olduqlarını hesab edirəmmi? Xeyr”.

Bununla yanaşı, vitse-prezident vurğulayıb ki, Vaşinqton bir sıra istiqamətlər üzrə Kiyevlə əməkdaşlığı davam etdirir.

Xatırladaq ki, NATO 1949-cu ildə yaradılıb. Hazırda hərbi blokun 32 üzvü var.

media-ads_728_90
Paylaş