Ukrayna Rusiyanın bir sıra hərbi obyektlərinə zərbələr endirib

media-ads_728_90

Ukrayna Müdafiə Qüvvələrinin bölmələri avqustun 28-də və avqustun 29-na keçən gecə Rusiya qoşunlarının bir sıra hərbi obyektlərinə zərbələr endirib.

“TV1” xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.

Ukrayna tərəfi Donetsk ərazisində və müvəqqəti işğal olunmuş Krımda pilotsuz uçuş aparatlarının (PUA) saxlanıldığı, hazırlandığı və buraxıldığı məntəqələrə zərbələr endirdiyini bildirib.

Məlumata görə, Krımda Rusiya qoşunlarının radioelektron mübarizə kompleksi vurulub.

Digər hədəf isə Rusiyanın nəzarətində olan Ukraynanın Donetsk vilayətinin Berestki yaşayış məntəqəsində yerləşən PUA-ların idarəetmə məntəqəsi olub.

Dəyən ziyanın miqyası dəqiqləşdirilir.

Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı avqustun 28-də Rusiyanın Bryansk vilayətində “Buk-M3” zenit-raket kompleksinin məhv edildiyini açıqlayıb.

“Düşmənin əsas hərbi hədəflərinə qarşı əməliyyatlar davam edir”, – məlumatda qeyd olunub.

media-ads_728_90
Paylaş