Ukrayna Rusiyanın hərbi-sənaye obyektlərinə və "Belqorod" aerodromuna zərbə endirib

media-ads_728_90

Ukrayna qüvvələri Rusiyanın Bryansk vilayətindəki hərbi-sənaye kompleksinin iki müəssisəsinə, “Belqorod” aerodromunun neft bazasına və ilhaq edilmiş Krım ərazisindəki körpülərə zərbələr endirib.

“TV1” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının teleqramdakı məlumatında qeyd olunub.

“İyulun 7-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri düşmənin bir sıra mühüm obyektlərinə zərbələr endirib”, – məlumatda bildirilib.

Baş Qərargahın məlumatına görə, hədəflərdən biri Rusiyanın aparıcı mikroelektronika istehsalçılarından biri olan Bryanskdakı “Kremniy EL Qrupu” SC olub. Müəssisəyə dəymiş ziyanın miqyası hələlk məlum deyil.

Həmçinin Bryansk vilayətinin Seltso şəhərindəki “Bryanski” zavoduna da zərbə endirilib, burada dörd partlayış qeydə alınıb, bununla belə nəticələr barədə məlumat dəqiqləşdirilir.

Qeyd edilib ki, Bryansk kimya zavodu Rusiya hərbi-sənaye kompleksinin əsas müəssisələrindən biridir. O, Rusiya qoşunlarının Ukrayna ərazisinə zərbələr endirdiyi döyüş sursatları və raketlərin istehsalında istifadə olunan barıt, partlayıcı maddələr və raket yanacağı komponentləri istehsal edir.

Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, “Belqorod” aerodromunun neft bazası vurulub. Dəymiş ziyanın miqyası müəyyənləşdirilir.

Həmçinin Ukrayna qüvvələrinin Krımdakı körpülərə zərbələri barədə məlumat verilib. Təfərrüatlar və nəticələr barədə məlumat hələlik verilmir.

media-ads_728_90
Paylaş