Venesuelada güclü zəlzələ olub - 32 nəfər ölüb, 700 yaralı var

media-ads_728_90

Venesuela sahillərində 7,1 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Moron şəhəri yaxınlığında, ocağı isə təxminən 10 kilometr dərinlikdə yerləşib. Azı bir neçə hündürmərtəbəli yaşayış binasının qismən dağıldığı bildirilib. Zəlzələ nəticəsində 32 nəfər ölüb.

“TV1” xəbər verir ki, bu barədə Venesuela prezidenti vəzifəsini icra edən Delsi Rodrigez açıqlama verib.

Məlumata görə, təbii fəlakət nəticəsində 700 nəfər xəsarət alıb.

Xeyli insanın itkin düşdüyü bildirilir.

media-ads_728_90
Paylaş