Venesuelada zəlzələ qurbanlarının sayı 164 nəfərə çatıb - YENİLƏNİB
Venesuelanın şimalında zəlzələ nəticəsində ölənlərin sayı 164-ə, yaralıların sayı isə 971 nəfərə çatıb.
“TV1” xəbər verir ki, bu barədə ölkənin səlahiyyətli prezidenti Delsi Rodriges bildirib.
O, zəlzələ nəticəsində ölənlərin sayının arta biləcəyini istisna etməyib.
“Orada onlarla bina dağılıb”, – deyə D.Rodriges bildirib və insanların xilas edilməsi üzrə aparılan əməliyyatları “çox mürəkkəb xilasetmə işləri” kimi xarakterizə edib.
xxx
Venesuela hakimiyyəti zəlzələdən sonra fövqəladə vəziyyət elan edib.
“TV1” xəbər verir ki, “Reuters”-in məlumatına görə, bu barədə prezident səlahiyyətlərini icra edən Delsi Rodriqes bildirib.
O, həmçinin Karakasın Mayketiya Beynəlxalq Hava Limanının dəyən ziyana görə bağlandığını açıqlayıb.
Ölkənin şimal hissəsində baş verən 7,1 maqnitudada zəlzələdən sonra ciddi ziyan qeydə alınıb.








