Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb

media-ads_728_90

Həm Rusiya, həm də Ukrayna danışıqlar masasına oturmağa razıdır.

“TV1” xəbər verir ki, bunu ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens jurnalistlərin suallarını cavablandırarkən deyib.

Vens ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun danışıqları canlandırmağa nail olduğunu bildirib.

ABŞ-ın Vitse-prezidenti qeyd edib ki, Uitkoff Ukrayna və Rusiya ilə danışıqların nəticələrindən nikbindir.

“Düşünürəm ki, hər iki ölkə danışıqlar masasına oturmağa razılaşıb”, – Vens vurğulayıb.

media-ads_728_90
Paylaş