VII çağırış Milli Məclisin payız sessiyası sentyabrın 30-da işə başlayacaq
VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il payız sessiyasında ilk iclası sentyabrın 30-da keçiriləcək.
“TV1” xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sessiyanın ilk iclasında yeni seçilmiş VII çağırış Milli Məclisin üzvlərinə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən vəsiqələr təqdim ediləcək.
İclasda, həmçinin VII çağırış Milli Məclisin ilk iclasında yaradılmış komitələrinin tərkibi formalaşacaq.