Voleybol üzrə Avropa çempionatı: Azərbaycan millisi İspaniyaya qarşı

media-ads_728_90

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının C qrupunda növbəti oyununu keçirəcək.

“TV1” xəbər verir ki, Faiq Qarayevin başçılıq etdiyi yığma İspaniya ilə qarşılaşacaq.

Milli Gimnastika Arenasında təşkil olunacaq oyun saat 18:15-də başlayacaq. Qrupun digər matçında isə Portuqaliya və Belçika milli komandaları saat 15:30-da üz-üzə gələcəklər.

Azərbaycan millisi turnirdəki ilk oyununda Portuqaliya yığmasına 3:1 hesabı ilə qalib gəlib. İspaniya komandası isə ilk matçda Belçikaya məğlub olub – 2:3.

Qeyd edək ki, qadın voleybolçular arasında Avropa çempionatına Azərbaycanla yanaşı, Türkiyə, İsveç və Çexiyada ev sahibliyi edir. Bakıda C qrupunun oyunları keçirilir. Bu qrupda Azərbaycan, Niderland, İspaniya, Belçika, Portuqaliya və Rumıniya milli komandaları mübarizə aparırlar. C qrupunun matçlarına avqustun 28-də yekun vurulacaq.

media-ads_728_90
Paylaş