Volodimir Zelenski Prezident İlham Əliyevə təşəkkür edib
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə ölkəsinin müstəqilliyinin 35-ci ildönümü ilə bağlı təbrikə görə təşəkkür edib.
“TV1” xəbər verir ki, Zelenski “X” hesabında Azərbaycan Prezidentinin təbrik məktubunun fotosunu yayımlayıb.
“Cənab Prezident, Ukraynanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə göndərdiyiniz səmimi təbrikə görə təşəkkür edirəm. Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dair mövqeyi hər zaman qəti olub və buna görə biz bunu həmişə yüksək qiymətləndirmişik. Birlikdə, uzun illər ərzində sınaqdan çıxmış iqtisadi əməkdaşlığımızı daha da inkişaf etdirir, enerji və təhlükəsizlik sahələrində yeni imkanlar yaradır, ehtiyac yarandıqda isə bir-birimizə yardım əlimizi uzadırıq. Əminəm ki, Ukrayna ilə Azərbaycan arasında dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq bundan sonra da daha da möhkəmlənəcək”, – deyə V.Zelenski vurğulayıb.
Thank you, President @presidentaz, for your warm congratulations on the 35th anniversary of Ukraine’s Independence. Azerbaijan’s position on Ukraine’s sovereignty and territorial integrity has always been firm and therefore always much appreciated. Together, we keep building on… pic.twitter.com/Eb2V2aaSMT
— Volodymyr Zelenskyy / Володимир Зеленський (@ZelenskyyUa) August 25, 2026









