Vüqar Bayramov: "2026-ci ilin sonunadək Qarabağ və Şərqi Zəngəzurda 140 min vətəndaş/VİDEO məskunlaşacaq" - ÖZƏL
“2025-ci il Qarabağ və Şərqi Zəngəzurda həm məskunlaşma baxımından, həm də infrastrukturun genişləndirilməsi baxımından yadda qalan illərdən olacaq”.
Bunu “TV1”-ə özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, 2025-ci ildə Ağdam şəhərində intensiv məskunlaşmaya başlanılacaq:
“Füzuli şəhərində və digər işğaldan azad olunan bölgələrdə də məskunlaşma prosesi davam etdiriləcək. Hazırda infrastrukturun qurulması və genişləndirilməsi həyata keçirilir. 2026-ci ilin sonunadək Qarabağ və Şərqi Zəngəzurda 140 min vətəndaşımızın məskunlaşması həyata keçiriləcək”.
Mətanət Əliyeva
Daha ətraflı müsahibədə: